Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bochorişvili Avstriyaya səfəri çərçivəsində ikitərəfli görüşlər keçirib.
Komitənin sədri Avropa və Beynəlxalq Əlaqələr Federal Nazirliyinin baş katibi Peter Launski-Tiffental, Avstriya Parlamentində Cənubi Qafqazla Dostluq Qrupunun rəhbəri Andreas Minnix, Xarici Əlaqələr Komitəsinin sədr müavini Eva Ernst-Dzidzich , Avstriya Parlamentinin üzvləri, Sosial Demokrat Partiyasının Xarici və Avropa Məsələləri üzrə spikeri Şfetan Şenax və Ticarət-sənaye Palatasının baş direktoru Karlhainç Kopf ilə görüşüb.
Tərəflər Gürcüstanın Avropa İttifaqına daxil olmaq yolunda əldə etdiyi irəliləyişi, Gürcüstanın Avropa perspektivinin tanınmasının tarixi əhəmiyyətini və Avropa Komissiyasının tövsiyələrinin icrasının gedişatını müzakirə ediblər.
Avropa Komissiyasının 12 tövsiyəsinin icrası prosesinə və cari islahatlara xüsusi diqqət yetirilib. Gürcüstanın Avropa İttifaqına gələcək inteqrasiyası üçün Avstriyanın siyasi dəstəyinin vacibliyi vurğulanıb.
İki ölkə arasında münasibətlərin dinamikasına və müxtəlif istiqamətlərdə həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu tərəfdaşlığa toxunulub.
Görüşlərdə regional təhlükəsizlik və Aİ-nin genişlənmə siyasəti ilə bağlı məsələlər də müzakirə olunub.
Avstriyalı həmkarlar Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini və ölkənin Avropa İttifaqına inteqrasiyası prosesində praktiki yardım göstərməyə hazırlıq ifadə ediblər.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.