Maka Bochorişvili Avronest Parlament Assambleyasının büro iclasında iştirak edib
Gürcüstan parlamentinin Avronest Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Maka Bochorişvili Assambleyanın büro iclasında iştirak edib.
Görüşdə Avropa Parlamenti tərəfindən Assambleyanın prezidenti Andrius Kubilius, Avropa Parlamentinin üzvləri və Şərq tərəfdaşı ölkələrinin parlament nümayəndə heyətinin rəhbərləri iştirak ediblər.
Tərəfdaşlar Şərq Tərəfdaşlığı ölkələrində gedən siyasi proseslər və Şərq Tərəfdaşlığı regionunda mövcud tendensiyalar barədə danışıblar.
Maka Bochorişvili namizəd statusunun verilməsindən sonra ölkədə gedən prosesləri və Avropa İttifaqının doqquz tövsiyəsi ilə bağlı islahatlar planlarını tərəfdaşlarla bölüşüb.
Büronun iclasında tərəflər assambleyanın cari ilin martın 19-20-də Brüsseldə Avropa Parlamentində keçiriləcək plenar iclasına hazırlıq işlərini müzakirə ediblər.
Moldova, Gürcüstan və Ukraynanın Aİ-nin genişlənmə siyasətinə daxil edilməsindən sonra Avronest Assambleyası çərçivəsində Şərq Tərəfdaşlığı siyasətinin yenilənməsi perspektivləri ilə bağlı müzakirələr planlaşdırılıb.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.