Maka Bochorişvili Avronest Parlament Assambleyasının büro iclasında iştirak edib
Avropa ilə İnteqrasiya Komitəsinin sədri Maka Bochorişvili Avronest Parlament Assambleyasının büro iclasında iştirak edib.
Büronun qeyri-rəsmi iclası Avronest Parlament Assambleyasının həmprezidentləri Maka Bochorişvili və Andrius Kubiliusun həmsədrliyi ilə videokonfrans formatında keçirilib.
İclas çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində mövcud siyasi vəziyyət müzakirə edilib.
Maka Bochorişvili çıxışında Gürcüstanda gedən siyasi proseslərdən, Avropa perspektivinin verilməsindən sonra Gürcüstan-Aİ gündəliyindən və Avropa Komissiyasının 12 tövsiyəsinin icrasının gedişatından danışıb.
Büro üzvləri Avronest Parlament Assambleyasının onuncu illik plenar sessiyasının təşkilati məsələlərini və 2023-cü il üçün həyata keçiriləcək tədbirləri planlaşdırıblar.
İclasda Avropa Parlamentinin üzvləri və Azərbaycan, Moldova, Gürcüstan, Ermənistan və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.
Moldova Respublikasının daimi nümayəndə heyətinin rəhbəri İna Koseru rotasiya prinsipi əsasında Avronest Parlament Assambleyasının həmprezidenti seçilib.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.