Maka Bochorişvili ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak edib
Maka Bochorişvili ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak edib

Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bochorişvili ATƏT Parlament Assambleyasının (OSCE PA) İrəvanda keçirilən payız sessiyasında iştirak edib.

Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, Maka Bochorişvili çıxışı zamanı regionda təhlükəsizliklə bağlı problemlər, bu yaxınlarda Rusiya işğalçı qüvvələri tərəfindən Gürcüstan vətəndaşının öldürülməsi və işğalın nəticələrindən danışıb.

“İki həftə əvvəl Sxinvali rayonunda Rusiya işğalçı qüvvələrinin nümayəndəsinin açdığı atəş nəticəsində Gürcüstan vətəndaşı həlak olub. Bu, işğalın nə olduğunu daha bir xatırladır. Gürcüstan illərdir Rusiyanın təcavüzü, işğalı və müharibənin acı nəticələrini yaşayır. Ərazilərimizdə hələ də rus əsgərləri var, onların mövcudluğu nə ədalətli, nə də haqlıdır. Yüz minlərlə insan hələ də öz ev-eşiyindən məcburi köçkün vəziyyətindədir və hüquqları pozulur. İşğalçı qüvvələr tərəfindən Gürcüstan vətəndaşlarının qeyri-qanuni həbsləri, oğurlanması və qətlə yetirilməsi halları mövcuddur”, – deyə Maka Boçorişvili bildirib.

Gürcüstan parlamentinin ATƏT Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin nümayəndəsi Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasının zəruriliyini vurğulayaraq, Ermənistan və Azərbaycanın buna nail olmaq üçün bir yol tapacağına ümid etdiyini bildirib.

“Bölgəmiz üçün sülh və təhlükəsizlik xüsusi əhəmiyyət kəsb edir. Ümid etdiyimi bildirmək istərdim ki, Ermənistan və Azərbaycan Cənubi Qafqazda davamlı sülhü təmin etmək üçün bir yol tapacaqlar”, – Maka Bochorişvili bildirib.

Maka Bochorişvili çıxışında noyabrın 8-də Avropa Komissiyasının Gürcüstan yönəlik verdiyi müsbət tövsiyəyə də cavab verib və ümid etdiyini bildirib ki, Avropa Şurası dekabrda Avropa Komissiyasının hesabatını nəzərə alacaq və Gürcüstana namizəd statusu verəcək.

“Biz verilən Avropa perspektivinə görə minnətdarıq, lakin Gürcüstanın Ukrayna və Moldova arasında lüzumsuz fərqləndirilməsinə görə məyusluğumuzu gizlətmirik. Ümid edirəm ki, dekabrda Avropa Şurası Avropa Komissiyasının hesabat və tövsiyələrini nəzərə alacaq, Gürcüstana namizəd statusu verəcək və Gürcüstan digər namizəd ölkələrlə birlikdə Avropanın daha yaxşı gələcəyi üçün həyati əhəmiyyət kəsb edən Avropa İttifaqına daxil olmaq yolunda irəliləyəcək. ”, – deyə Maka Bochorişvili bildirib.