Maka Bochorişvili - Aİ ölkələri arasında Gürcüstana münasibətdə əhvali-ruhiyyə müsbətdir, konsensusa təhlükə yaranmamalıdır
Maka Bochorişvili - Aİ ölkələri arasında Gürcüstana münasibətdə əhvali-ruhiyyə müsbətdir, konsensusa təhlükə yaranmamalıdır

 
Aİ-yə üzv dövlətlər arasında siyasi əhvali-ruhiyyə müsbətdir. Gürcüstanla bağlı konsensusa təhlükə yaranmamalıdır-bu sözləri Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bochorişvili deyib.

Bochorişvili Avropa Komissiyasının tövsiyəsinin Avropa Şurasının müsbət qərarı üçün əsas zəmin olduğunu bildirib.

“Məsələnin genişlənmə paketi olduğunu və bu məsələdə 27 üzv dövlətin razılığının, konsensusun gərəkdiyini bilirik. Avropa Komissiyasının tövsiyəsi müsbət qərar üçün əsas və mühüm zəmindir. Biz onu da bilirik ki, Aİ-yə üzv dövlətlər arasında Gürcüstana münasibətdə siyasi əhvali-ruhiyyə müsbətdir və bir qayda olaraq, Gürcüstanla bağlı qərara, konsensusa təhlükə yaranmamalıdır, hərçənd məsələ mürəkkəbdir – müxtəlif ölkələr, genişlənmə paketi var. Ümid edirik ki, üzv dövlətlər bu məsələdə konsensusa nail olacaqlar.

Ümumiyyətlə, Avropa İttifaqı Şurasının müzakirə etdiyi istənilən məsələ Avropa İttifaqına üzv dövlətlərin mövqelərinin ifadə edilməsini və sonradan konsensusun əldə olunmasını tələb edir. Bu, öz çətinlikləri ilə seçilən unikal məsələ deyil. Digər hallarda olduğu kimi, bu halda da Aİ-yə üzv dövlətlərin konsensus əldə edəcəklərini gözləyirəm” – deyə Maka Bochorişvili bildirib.