Maka Bochorishvili - bu gün Ukraynada şahid olduğumuz Rusiyanın Gürcüstanda istifadə etdiyi eyni siyasətin davamıdır
Maka Bochorishvili - bu gün Ukraynada şahid olduğumuz Rusiyanın Gürcüstanda istifadə etdiyi eyni siyasətin davamıdır

 

Gürcüstan Parlamentinin nümayəndə heyəti Aİ-nin Vahid Xarici və Təhlükəsizlik Siyasəti (CFSP) və Vahid Təhlükəsizlik və Müdafiə Siyasətinin (CSDP) parlamentlərarası konfransında iştirak edib.

Konfransda çıxışı zamanı nümayəndə heyətinin rəhbəri Maka Bochorişvili, Avropadakı təhlükəsizlik çağırışlarından, Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalından, sülh və təhlükəsizliyi təmin etmək üçün beynəlxalq ictimaiyətin birliyinin və ümumi səylərinin əhəmiyyətindən danışıb.

“Rusiyanın Ukraynaya qarşı təcavüzü, Avropa təhlükəsizliyinin şərq qonşuluğunda sülh və təhlükəsizlik olmadan təmin edilə bilməyəcəyini göstərdi. Şübhəsiz ki, təhlükəsizlik və birlik Avropanın əsas strateji prioritetidir, lakin bütün Avropa təhlükəsizliyini təhdid edən təcavüzün öhdəsindən gəlmək üçün, unutmamalıyıq ki, bu gün Ukraynada şahid olduğumuz Rusiyanın Gürcüstanda istifadə etdiyi eyni siyasətin davamıdır”-deyə Maka Bochorishvili açıqlayıb.

Gürcüstan nümayəndə heyətinin rəhbəri, hər üç ölkənin Avropa ailəsinin bir hissəsi olmaq istəyini açıq şəkildə ifadə edən Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə üzlük müraciətini vurğulayıb.

“Avropa İttifaqı Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə inteqrasiya prosesinə dərhal başlamalıdır, bu da onun geosiyasi oyunçu olduğunu göstərir” -deyə Maka Bochorishvili açıqlayıb.

Aİ-nin Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Parlamentlərarası Konfransı Aİ-nin Şurasının sədrliyi çərçivəsində 2012-ci ildən keçirilir, konfransda avropalı parlamentarilər, Aİ-nin 27 üzv ölkəsi və namizd ölkələrin milli parlamentlərinin müvafiq üzvləri, eləcə də Aİ-nin qurumlarının yüksək səviyyəli nümayəndələri iştirak edirlər. Gürcüstan nümayəndə heyəti ilk dəfə Aİ-nin sədri olan İsveç və Prezident Üçlüyü tərəfindən dəvət edilib.