Maka Boçorişvili Qazaxıstanın xarici işlər naziri ilə görüşüb
Qazaxıstan Respublikasına səfər çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.
Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Baş nazirin Qazaxıstana planlaşdırılan səfəri çərçivəsində Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu, Gürcüstan–Qazaxıstan ikitərəfli münasibətlərində yeni mərhələnin başlanğıcıdır və hərtərəfli əməkdaşlığın inkişafına töhfə verəcək.
“Tərəflər ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər. İki ölkə arasında ən yüksək və yüksək səviyyəli dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Xüsusi diqqət Orta Dəhlizin inkişafı prosesində Gürcüstan və Qazaxıstan arasında əməkdaşlığa, eləcə də iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə yönəldilib”, – deyə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.