"Majid Al Futtaim" şirkətinin icraçı direktoru -  istəyirik, Gürcüstanda artıq həyata keçirkmiş kapital qoyuluşunu 2025-ci ilə qədər ikiqat edək
"Majid Al Futtaim" şirkətinin icraçı direktoru -  istəyirik, Gürcüstanda artıq həyata keçirkmiş kapital qoyuluşunu 2025-ci ilə qədər ikiqat edək

“Majid Al Futtaim” şirkətinin icraçı direktoru, Hani Veys Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili ilə keçirdiyi görüşə “tvitter” sosial şəbəkəsində əks səda verir.

Hani Veys qeyd edir ki, biznesin böyüməsi və genişlənməsi öhdəliyi çərçivəsində şirkət 2025-ci ilə qədər Gürcüstanda artıq həyata keçirilmiş kapital qoyuluşunu iki dəfə artırmaq istəyir.

“Bu gün səhər, 2023-cü il Dünya İqtisadi Forumu çərçivəsində Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili ilə çox səmərəli görüşüm oldu. Biz biznesimizin böyüməsi və genişlənməsi istiqamətində götürdüyüm öhdəliyi davam etdiririk və 2025-ci ilə qədər Gürcüstanda artıq həyata keçirilmiş kapital qoyuluşunu ikiqat etmək istəyirik.

Gürcüstandakı 80-dən çox obyektimizin fasiləsiz təchizatını təmin etmək üçün davamlılıq və komandalarımızın bərpa olunan enerjiyə diqqət yetirməsi gündəmin əsas mövzusu idi”, – Hani Veys qeyd edir.