Macəra turizminin dünya sammitində Gürcüstan haqqında hazırlanan reklam video-çarxı qalib oldu [Video]

Macəra turizminin dünya sammitində (ATWS) Gürcüstan haqqında hazırlanan reklam çarxı qalib oldu.

Bu barədə Gürcüstanın İqtisadiyyat və stabil İnkişaf Nazirliyinin Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili öz Facebook səhifəsində yazır.

“Gürcüstan qalib oldu!

Macəra turizminin dünya sammitində (ATWS) səslərin çoxluğu ilə Gürcüstan haqqında hazırlanan reklam video-çarxı qalib seçildi.

Bu qələbə ilə vətənimizi, dəstəmizi və bu böyük işdə iştirakı olan hərkəsi təbrik edirəm!

Ölkəmizin tanınması baxımından bu böyük bir nailiyyətdir!” – yazır Mariam Kvrivişvili.