Macarıstanın vitse baş naziri İrakli Kobaxidzeni nümayəndə heyəti ilə birlikdə rəsmi iş yeməyində qəbul edib
Macarıstanda səfərdə olan “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze nümayəndə heyəti ilə birlikdə bu ölkənin vitse baş naziri Jolt Şemieni tərəfindən günün sonunda rəsmi iş yeməyinə dəvət edilib.
“Gürcü Arzusu”nun mətbuat xidmətinin məlumatına görə, uzun görüş zamanı tərəflər Gürcüstan və Macarıstan arasında dostluq əlaqələrinin daha da dərinləşdirilməsi imkanlarını ətraflı müzakirə ediblər.
Vitse baş nazir Şemieni, bir çox digər macar rəsmiləri kimi, ölkəsinin və hökumətinin Gürcüstana namizəd statusunun verilməsini və Avropa Komissiyasının tövsiyəsinin rəsmi imzalanmasını qeyd-şərtsiz dəstəklədiyini açıq şəkildə bildirdi.
İrakli Kobaxidze Gürcüstana verdiyi dəstəyə görə Jolt Şemieniyə səmimi təşəkkürünü bildirib.