Macarıstanın daxili işlər naziri Şandor Pinter Vaxtanq Qomelaurini rəsmi naharda qəbul edib
Macarıstanın daxili işlər naziri Şandor Pinter Vaxtanq Qomelaurini rəsmi naharda qəbul edib

 

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin Macarıstana rəsmi işgüzar səfəri davam edir.

Macarıstanın daxili işlər naziri ilə təkbətək görüşdən sonra Budapeştdə Gürcüstan nümayəndə heyətinin şərəfinə rəsmi nahar verilib, qonaqları Macarıstanın daxili işlər naziri Şandor Pinter qəbul edib.

Macarıstana rəsmi işgüzar səfəri çərçivəsində Vaxtanq Qomelauri və onun macar həmkarı arasında rəsmi ikitərəfli görüş də keçirilib, tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlığı müzakirə edib və gələcək perspektivləri nəzərdən keçiriblər.

Görüş iştirakçıları qurumlar arasında təcrübə mübadiləsinin vacibliyindən danışıb və bu istiqamətdə fəaliyyəti aktiv şəkildə davam etdirməyə hazır olduqlarını bildiriblər.

Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.