Macarıstanın Baş naziri Viktor Orban İrakli Ğaribaşvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib
Macarıstanın Baş naziri Viktor Orban İrakli Ğaribaşvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib

 
Macarıstanın Baş naziri Viktor Orban İrakli Ğaribaşvilini ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə Hökumət Administrasiyasının mətbuat xidməti məlumat yayır.

“Hörmətli Baş nazir! İcazənizlə Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə xoş arzularımı ifadə etmək istərdim.

Ölkələrimiz arasında qarşılıqlı hörmət və qiymətləndirməyə əsaslanan dostluq münasibətlərinin mövcud olması sevindirici haldır və bu bizim uğurlu əməkdaşlığımızı şərtləndirdi. Gələcəkdə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yeni perspektivlərin açılacağına əminəm.

Sizi əmin edə bilərəm ki, Macarıstan bizim sadiq tərəfdaşlığımızın daha da inkişafını və Gürcüstanın Avro-Atlantik inteqrasiyasını dəstəkləyir.

Sizə olduqca məsuliyyətli işinizdə çoxlu uğurlar və cansağlığı arzulayıram!” – deyə Viktor Orbanın məktubunda qeyd olunub.