Macarıstanda Viktor Orbana qarşı etiraz aksiyası keçirilib
Macarıstanda Baş nazir Viktor Orbana qarşı etiraz aksiyası keçirilib.
“Reuters”in məlumatına görə, aksiya təşkilatçısı vaxtilə hakimiyyətə yaxın olan və bu yaxınlarda siyasi hərəkat yaradan hüquqşünas Piter Madyar olub.
Baş nazirin istefasını tələb edən aksiya iştirakçıları marşla parlamentə doğru yürüş ediblər. Onlar “qorxmuruq” şüarları səsləndiriblər. Aksiya iştirakçılarının bəziləri Macarıstan bayrağının rənglərində geyiniblər.
“Biz ölkəmizdə heç kimə tabe olmayacağıq”,- deyə Madyar mitinq zamanı bildirib.
Madyarın fevral ayında Orban hökumətinə qarşı açıq şəkildə tənqidi bəyanatlar yaydığı ictimaiyyətə məlum oldu.