Macarıstanda minlərcə vətəndaş seçkilərdə Viktor Orbanın qələbəsinə bir daha etiraz etdi.
Budapeştdə keçirilən etiraz aksiyasında əsasən gənclər iştirak edirdilər. Onlar əllərində Macarıstan və Avropa İttifaqının bayraqlarını tuturdular.
Aprelin 8-də keçirilən seçkilərdən sonra, vətəndaşlar artıq ikinci dəfə küçəyə çıxırlar. Təşkilatçılar bəyan edirlər ki, aksiyalar Orban və onun hökuməti dəyişməyənə qədər davam edəcək.