Macarıstan Prezidenti - fikirlərim və dualarım indi gürcü xalqı ilədir, Macarıstan dəyən zərərin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazırdır
Macarıstan Prezidenti Katalin Novak Şovidə baş verən sürüşmə nəticəsində həlak olanlara görə Salome Zurabişviliyə və gürcü xalqına başsağlığı verir.
“Gürcüstan Orezidenti Salome Zurabişviliyə və gürcü xalqına misli görünməmiş yağışlar və sürüşmələr nəticəsində həlak olanlara görə başsağlığı vermək istərdim. Mənim fikirlərim və dualarım indi gürcü xalqının yanındadır. Macarıstan təbii fəlakət zamanı dəymiş zərərin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazırdır”, – Katalin Novak yazır.
Rəsmi məlumata görə, təbii fəlakət zonasında ölənlərin sayı 18-ə çatıb.