Macarıstan hökuməti Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırır, artıq işləyənlər isə viza müddətinin uzadılması üçün müraciət edə biləcəklər
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırır. Bu barədə Macarıstan hökumətinin mətbuat katibi Vanda Szondi bildirib.
Onun sözlərinə görə, bu addım ölkəyə xarici işçi axınının tənzimlənməsi istiqamətində atılan ilk mərhələdir. Vanda Szondi qeyd edib ki, xarici ölkələrdən gələn işçilər səbəbindən yerli əməkdaşların maaşları azalır və onlar iş yerlərini itirirlər.
Məlumata görə, Macarıstanda artıq işləyən Filippin, Gürcüstan və Ermənistan vətəndaşları viza müddətinin uzadılması üçün müraciət edə biləcəklər.
“Reuters”in məlumatına əsasən, rəsmi statistikaya görə, xarici işçilər Macarıstan əmək bazarının cəmi 2%-ni təşkil edir, lakin xidmət və istehsal kimi bəzi sektorlar xarici işçi qüvvəsindən ciddi şəkildə asılıdır