Maçalikaşvilinin atası - Bu mərhələdə istintaqa etibar edirəm, sonrasını isə bilmirəm
“Bu mərhələdə istintaqa etibarımı bildirirəm, əgər gözləntimizi doğruldmasa, sonrası üçün cavabdeh deyiləm, – bu barədə bəyanatı Pankisi dərəsində həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülən gəncin atası Malxaz Maçalikaşvili verdi.
Pankisi dərəsinə bugün “Leyborist” partiyasının lideri Şalva Natelaşvili getdi və Birinci kanalın jurnalistinin verdiyi məlumata görə, Maçalikaşvili bu bəyanatı Şalva Natelaşvili ilə söhbət zamanı verdi.
“Sağ olduğum sürədə oğlumu öldürən adamı yerin altında da olsa tapacam və ailəsi ilə bərabər yer üzündən siləcəm. İqtidardan xahiş edirəm o insanın üzünü mənə göstərsinlər, onun cəzalandırılmasını sadəcə mən deyil, bütün Pankisi əhalisi tələb edir. Bu mərhələdə istintaqa etibar edirəm, amma sonrasını bilmirəm” – dedi Temirlan Maçalikaşvilinin atası.