Maiya Bitadze - əminəm ki, "Avropa Xalq Partiyasının" nümayəndələri həkim deyillər, onlar Mixail Saakaşvilini yoxlamayıblar, onlar göndərilən məlumatlara əsaslanırlar
Maiya Bitadze - əminəm ki, "Avropa Xalq Partiyasının" nümayəndələri həkim deyillər, onlar Mixail Saakaşvilini yoxlamayıblar, onlar göndərilən məlumatlara əsaslanırlar

Mən əminəm ki, “Avropa Xalq Partiyasının” nümayəndələri həkim deyillər, onlar Mixail Saakaşvilini yoxlamayıblar, onlar göndərilən məlumatlara əsaslanırlar, – bu barədə “Avropa Xalq Partiyasının” bəyanatı ilə bağlı Parlamentin Ətraf Mühit Komitəsinin sədri, Maiya Bitadze jurnalistlərə bəyan etdi.

Bitadzenin sözlərinə görə, “Avropa Xalq Partiyasının” üzvləri bəyanat verməsələr də, məhbus kim olursa olsun, hər bir məhbusun sağlamlığına Ədliyyə Nazirliyi cavabdehdir.

“Nazirliyə öhdəlik qanunvericiliklə verilib, buna “Avropa Xalq Partiyası” bunu desə də deməsə də. Bundan əvvəlki halda, Mixeil Saakaşvilinin kilinikaya aparılması lazım gələndə, onu apardılar. Bu təqdirdə cəzaçəkmə müəssisəsi tam məsuliyyət götürür. Əsas rekomendaisyadır ki, Mixeil Saakşvili həkimlərin verdiyi tövsiyyələrə nəzərə alsın. Nədən danışırıq? – məhbus qidanı tam qəbul etmir. Dolğun qida qəbul etdikdən və inadkarlıq mərhələsini keçdikdən sonra, hər şey yaxşı olacaq. Əminən ki, nə özü, nə onun ailəsi və nə də “Gürcü Arzusu” onun sağlamlığını pozmaq istəmir. Açıq aydın görünür ki, bəzi fiziki şəxslər, siyasi subyektlər çox istəyirlər ki, Saakaşvilinin sağlamlığı pozulsun. Onlara bildirmək istəyirəm ki, bu düzgün hərəkıt deyil”, – Bitadze bəyan etdi.