Maik Pompeo - Rusiya müttəfiqlərimizi hərbi yollarla hədələyir, bunun bariz nümunəsi 2008-ci ildə Gürcüstana hücum etməsidir
ABŞ-ın yeni dövlət katibi Maik Pompeo Brüsseldə keçirilən ilk konfransda Gürcüstanı hallandırdı.
“Rusiya müttəfiqlərimizi hərbi yollarla hədələyir, bunun bariz nümunəsi 2008-ci ildə Gürcüstana, 2014-cü ildə isə, Ukraynaya hücum etməsi və həmçinin, aqressiv kampaniya ilə qərbin demokratik institutlarını dağıtma cəhdidir” – dedi Maik Pompeo.
ABŞ-ın Dövlət Katibi Böyük Britaniya ərazisində sabiq rus agentinin zəhərlənməsi faktını bir daha qınadı.
Maik Pompeo bəyan edir ki, əgər Rusiya öz hərəkətlərini dəyişdirsə, ABŞ Rusiya ilə münasibətlərini yenidən gözdən keçirməli olmayacaq.