Maik Pompeo - Çin böyük ağrıya və insan həyatlarının itirilməsinə səbəb oldu və bunun üçün cavab verəcək
Çin böyük ağrıya və insan həyatlarının itirilməsinə səbəb oldu və etdikləri üçün cavab verəcək, – bu sözləri ABŞ-ın dövlət katibi Maik Pompeo “Fox” teleşirkəti ilə müsahibə zamanı dedi.
“Çin əlində olan məlumatı gizlətməklə böyük ağrıya və insan həyatların itirilməsinə səbəb oldu və dünya iqtisadiyyatına böyük zərər vurdu” – dedi Pompeo.
Dövlət katibinin dediyinə görə, Çin bu vaxta qədər koronavirus haqqında Amerika Birləşmiş Ştatlarına tam məlumat vermir.
“Hələ də bilmədiyimiz şeylərin olduğu üçün şokdayıq. Dəqiq məlumatımız yoxdur və hadisə yerinə mütəxəssislərimizi göndərib, yoxlanış keçirə bilmirik.
Bu bir çağırışdır və Çin komunist partiyası və Ümumdünya Səhiyyə Təşkilatı pandemiya zamanı onların üzərinə düşən məsuliyyəti və gərəkən tədbirləri görmədilər.
Amerikalılar bilirlər ki, bu Çində, Vuhan şəhərində yaranan bir virusdur və Çin iqtidarı etməsi gərəkəni etmədi” – dedi Maik Pompeo.
ABŞ dövlət katibinin dediyinə görə, Çin iqtidarı etdiklərinin cavabını verəcək.