Maik Pompeo - Gürcüstanın NATO üzvüyü məsələsi üzərində işlədiyimizi bəyan etmək istəyirəm
Maik Pompeo - Gürcüstanın NATO üzvüyü məsələsi üzərində işlədiyimizi bəyan etmək istəyirəm

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində Dövlət Katibi Maik Pompeoyu dinlədilər.

Dövlət Katibi Konqresmenlərin suallarına cavab verərkən, Gürcüstan məsələsinə də toxundu.

“Öncə Moldovadan başlayan, sonra isə, Gürcüstana doğru uzanan Rusiya aqressiyası bizi narahat edir. Ukraynada Rusiya aqressiyası nəticəsində 10 000 insan həlak oldu. Putin rejiminin aqressiyasını dayandırmaq üçün daha nə edə bilərik? – soruşdu Maik Pompeodan konqresmen Co Uilyamson.

“Rusiya aqressiyasına məruz qalan üç ölkənin silahlandırılması məsələsi ilə məmnuniyyətlə yaxından tanış olmağa hazıram. Gürcüstanın NATO üzvüyü məsələsi üzərində işlədiyimizi də bəyan etmək istəyirəm. Bu məsələ ilə Gürcüstan əhalisinə yardım edə bilərik.

Keçən il isə, Ukraynanın silahlandırılması ilə bağlı qərar verdik. Düşünürəm ki, bu ölkələr üçün çox şey edə bilərik” – cavab verdi Dövlət Katibi.

Respublikalı konqresmen Co Uilyamson Maik Pompeonun bəyanatından sonra qeyd etdi ki, Ruminiya və Bulqaristanın müvəffəqiyyətləri ilə bərabər Gürcüstanın əldə etdiyi müvəffəqiyyətlər də gözə görümür.