Maik Pompeo - Bu gün Rusiyayı, qonşu ölkələri işğal edən sabiq KGB ofiseri idarə edir
Bu gün Rusiyayı, qonşu ölkələri işğal edən və opponetlərini öldürən sabiq KGB ofiseri idarə edir, – bu bəyanatı Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Maik Pompeo Berlinə səfəri zamanı verdi.
“Biz düşünürdük ki, sülhü və azadlığı qorumaq üçün alyansa və hərbiçilərə artıq resurs xəcləməyə ehtiyac qalmayacaq, ancaq biz və Qərb yanıldıq və bir çox ölkənin seçdiyi kursu gərəkdiyi dərəcədə qoruya bilmədik.
Bu gün Rusiyayı qonşu ölkələri işğal edən və opponetlərini öldürən sabiq KGB ofiseri idarə edir.
Rusiya Ukraynanın pravoslav kilsəsinin müstəqilliyinə də təsir edir. Rusiya bu saatlarda belə, onun aqressiyasına qarşı çıxan Krım tatarlarını və Ukraynanıları həbs edib, işgəncə edir” – dedi Maik Pompeo.
Onun dediyinə görə, məhz buna görə, ABŞ istəyir ki, Avropa Rusiyanın enerji resurslarından artıq asılı olmasın.
ABŞ Dövlət Katibi bəyan etdi ki, qərb ölkələrinin gücü onların birliyindədir.