Maik Pompeo - Bizim səmimi mesajımız bugün odur ki, ABŞ-ın Gürcüstana dəstəyi möhkəmdir və elə olmağa davam edəcək
Amerika Birləşmiş Ştatlarının Gürcüstana bugünki səmimi mesajı odur ki, ABŞ-ın Gürcüstana dəstəyi möhkəmdir və elə olmağa davam edəcək, – bu barədə bəyanatı ABŞ-ın Dövlət Katibi Maik Pompeo baş nazir Giorgi Kvirikaşvili ilə görüş zamanı verdi.
ABŞ-ın Dövlət Katibi, baş nazir Giorgi Kvirikaşviliyi Gürcüstanın ilk respublikasının 100 illiyinin yubileyi ilə təbrik etdi.
“Keçən ilin iyul ayında Maik Pensin də bəyan etdiyi kimi, biz sizinləyik, gürcü xalqı ilə aramızdaki dostluqla və strateji partnyorluqla fəxr edirik. Sevinirəm ki, bugün Amerika-Gürcüstan strateji partnyorluğu komissiyasının yeddinci sessiyasını keçiririk.
Bu il yenə onunla önəmlidir ki, 2018-ci ildə Rusiyanın Gürcüstan hücum etməsindən sonra 10 il keçdi. ABŞ Rusiya tərəfindən Gürcüstan ərazilərinin – Abxaziya və Cənubi Osetiya regionlarının işğal edilməsini qınayır. Rusiyanın bu zorakılığı beynəlxalq sülhün və təhlükəsizliyin açıq şəkildə pozulmasıdır” – dedi Maik Pompeo.
Maik Pompeo bəyan etdi ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edir.