Maik Pompeo - ABŞ İranın nüvə silahının inkişaf etdirməsinə imkan verməyəcək
ABŞ İrana nüvə silahını inkişaf etdirməyə imkan verməyəcək, – bu barədə bəyanatı ABŞ-ın Dövlət Katibi Maik Pompeo sosiyal şəbəkə “Tvitterdə” verdi.
“İran hiss edir ki, bizim mövqeyimiz qətidir, ancaq öz resurslarını axmaqca boş yerə xərcləyir. İranda etiraz aksiyalarının davam etməsinə artıq kimsə təəcüblənməsin” – yazır Maik Pompeo.
Xatırladaq ki, bir neçə gün bundan öncə, İranın Atom Eenergiyası Təşkilatının rəhbəri Bəhruz Kamalvand bəyan etdi ki, Tehran Uran həcminin artırılmasını planlaşdırır.