Maik Pens Giorgi Kvirikaşviliyi Vaşinqtonda, öz evində qəbul etdi [Foto]
Maik Pens Giorgi Kvirikaşviliyi Vaşinqtonda, öz evində qəbul etdi [Foto]

Gürcüstanın baş naziri Giorgi Kvirikaşviliyi ABŞ-ın vitse-prezidenti Maik Pens Vaşinqtonda, öz evində qarşıladı.

Strateji partnyor olan ölkələrin liderləri iki ölkə arasındaki münasibətlərin gündəmində mövcud olan bütün məsələləri təfərrüatlı şəkildə müzakirə etdilər.

ABŞ vitse-prezidentinin bəyanatına görə, o Giorgi Kvirikaşvilinin bir lider olaraq, qərb inteqrasiyası və islahat prosesindəki rolunu yüksək dəyərləndirir.

Gürcüstanın baş naziri və ABŞ-ın vitse-prezidentinin görüşü dostluq çərçivəsində, planlaşdırılan reqlamentdən daha uzun müddət davam etdi.

Görüş başa çatandan sonra, Giorgi Kvirikaşvili ABŞ vitse-prezidentinin evindəki fəxri qonaqlar kitabına xatirə yazısı daxil etdi.

Bu haqda məlumatı baş-nazirin mətbuat xidməti yayır.