Maia Tskitişvili - İşğal xəttində yerləşən kəndlərdə dövlət 64 milyon larilik 191 layihə həyata keçirir
Regional İnkişaf və İnfrastruktur Naziri namizədi Maia Tskitişvili parlamentdə, komitələrin birləşmiş iclasında çıxış edərkən işğal xəttində həyata keçirilən layihələr haqqında deputatların suallarına cavab verdi.
Tskitişvilinin dediyinə görə, 2019-cu ildə, işğal xəttində yerləşən kəndlərdə, dövlət 2019-cu ildə, 64 milyon larilik layihə həyata keçirir.
“İşğal xəttinin yanında 116 kəndimiz var və bütün bu kəndlərdə infrastruktur layihələri həyata keçirilir. layihə başa çatdıqdan sonra, 21 kəndin 16 minlik əhalisinin 24 saatlıq su təminatı olacaq. Həmçinin, 9 ambulatoriyanın inşaatı həyata keçirilir. Son illərdə isə, tam 45 ambulatoriya tikildi.
İki kənddə uşaq baxçaları tikilir. Səkkiz kənddə isə, məktəblərin reabilitasiya işləri aparılır və iki yeni məktəb tikilir. 6000 tələbənin təhsil ödənişləri maaaliyyələşdirildi, aqro-sığorta layihələri həyata keçirildi və 62 kəndə qaz çəkildi” – dedi Maia Tskitişvili.