Anaklia dərin sular layihəsi, əlbəttə ki, Avropa layihəsidir və Avropalı və Asyalı biznesmenlər üçün, Gürcüstandan keçərək, bir-biri ilə əməkdaşlıq və əlaqələr üçün yaranan imkandır, – bu barədə bəyanatı Gürcüstanın vitse-premyeri, Regional İnkişaf və İnfrastruktur naziri Maia Tskitişvili, “Şərq partnyorluğunun” 10 illiyinə həsr olunan forumda çəriçivəsindəki sessiyalardan birində çıxış edərkən verdi.
Nazirin dediyinə görə, dövlət Anaklia limanı layihəsini dəstəkləmək üçün əlindən gələni edir.
“Önəmli odur ki, dəmir yolu infrastrukturumuzu limanlarla birləşdirək, hardan daha sonra Avropa ilə birləşəcəyik. Hazırda özəl bizneslərlə bu layihənin həyata keçirilməsi üçün gərəkən məbləğin yığılması məqsədi ilə danışıqlar aparırıq.
Əminəm ki, maraqlanan tərəflər müəyyən komersiyal riskləri nəzərə alacaqlar və riskləri azaldmaq üçün müvafiq qərarlar verəcəklər. Dövlət isə, əlindən gələni edəcək ki, bu layihələrin həyata keçirilməsi üçün yaxşı əsaslar yaradılsın” – dedi Maia Tskitişvili.