Maia Sandu - Salome Zurabişvili ilə danışdım, Moldovaya göstərdikləri həmrəyliyə görə gürcü xalqına minnətdarlığımı bildirdim
Gürcüstan prezidenti Salome Zurabişvili və Moldova prezidenti Maia Sandu arasında telefon danışığı baş tutub.
Salome Zurabişvili və Maia Sandu telefon danışığı barədə öz “Twitter” səhifələrinə məlumat yerləşdiriblər.
“Gürcüstan prezidenti Salome Zurabişvili ilə Moldovada son zamanlar inkişaf etmiş hadisələrlə bağlı danışdım. Bütün region üçün bu çətin zamanda Moldovaya göstərdikləri həmrəyliyə görə gürcü xalqına minnətdarlığımı bildirdim” -deyə Moldova prezidenti Maia Sandu bildirib.
Öz növbəsində Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın Moldovaya yönəlik həmrəyliyini bir daha ifadə edib.
“Konqresdə olarkən Moldovadakı mövcud vəziyyətlə bağlı prezident Maia Sandu ilə telefon danışığım baş tutdu. Gürcüstan Moldovaya yönəlik həmrəydir, bizi ümumi Avropa yolu birləşdirir” -deyə Zurabişvili bildirib.