Maia Sandu - Gürcüstanı təbrik edirəm, bu, tarixi məqamdır və Gürcüstan, regionumuz və Avropa üçün mühüm addımdır
Gürcüstanı və prezident Salome Zurabişvilini ölkənin Aİ-yə namizəd statusu alması münasibətilə təbrik edirəm. Bu, tarixi məqamdır və Gürcüstan, regionumuz və Avropa üçün mühüm addımdır- bu barədə Moldova Prezidenti Maia Sandu sosial şəbəkədə yazır.
“Moldova bu yolda sizin yanınızdadır, çünki biz birlikdə daha güclü, daha vahid Avropa qururuq”-deyə Maia Sandu yazır.
Avropa Şurasının bugünkü qərarı ilə Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə oldu, Ukrayna və Moldova ilə üzvlük danışıqları açıldı.