Maia Omiadze - Yay turizm mövsümündən xüsusi gözləntilərimiz var və bunun çox yaxşı mövsüm olacağını düşünürük
Yay turizm mövsümündən xüsusi gözləntilərimiz var və bunun çox yaxşı mövsüm olacağını düşünürük-bu haqda Milli Turizm Administrasiyasının rəhbəri Maia Omiadze ölkəyə daxil olan beynəlxalq səyahətçilərin statistikası barədə danışarkən deyib.
Omiadze bildirib ki, Milli Turizm Administrasiyası hədəf bazarlarda marketinq kampaniyalarını fəal şəkildə davam etdirir və bu fonda, üçüncü rübün sonunda yay turizm mövsümünü yekunlaşdırmaqla daha yaxşı göstəricilər gözləyir.
“2024-cü ilin ilk iki rübünün göstəricilərinə əsasən, Gürcüstana 3 milyondan çox beynəlxalq turist gəlib. Analoji dövr, 2023-cü ilin ilk iki rübü ilə müqayisədə təxminən altı faiz artım var. Təbii ki, bizim yay mövsümündən xüsusi gözləntilərimiz var. Çox yaxşı mövsüm olacağını düşünürük. Qeyd edilməlidir ki, Milli Turizm Administrasiyası hədəf bazarlarda -Avropa, Fars körfəzi ölkələri olsun marketinq kampaniyalarını davam etdirir. Hindistanda bizim artıq yeni əlaqələrimiz var, o cümlədən beynəlxalq media ilə və hesab edirik ki, ümumilikdə üçüncü rübün, yayın sonunu yekunlaşdırmaqla çox yaxşı turizm mövsümümüz olacaq”- deyə Maia Omiadze qeyd edib.
Milli Turizm Administrasiyasının göstəricilərinə əsasən, altı ay ərzində Gürcüstana üç milyondan çox beynəlxalq səyahətçi səfər edib.