Maia Omiadze - "The National Geographic"lə qastronomik istiqamətdə konsentrasiya edilmiş kampaniyanı bu il ilk dəfə sınadıq və bu, mütləq davam edəcək və uğurlu olacaq
Maia Omiadze - "The National Geographic"lə qastronomik istiqamətdə konsentrasiya edilmiş kampaniyanı bu il ilk dəfə sınadıq və bu, mütləq davam edəcək və uğurlu olacaq

 
“The National Geographic”lə qastronomik istiqamətdə konsentrasiya edilmiş kampaniyanı bu il ilk dəfə sınadıq və bu, mütləq davam edəcək və uğurlu olacaq – bu haqda Milli Turizm Administrasiyasının rəhbəri Maia Omiadze Gürcüstanın “The National Geographic Traveller Food Festival”da iştirakının vacibliyindən danışarkən bildirib.

“İki gün ərzində “The National Geographic Traveller Food Festival”ında gürcü yeməkləri və şərabları ilə tanış oldular. Gürcüstanı gürcü şef aşpazlar: Tekuna Qaçeçiladze və Quram Bağdoşvili təmsil edirdilər. Onlar iki gün ərzində əsas səhnədə, eləcə də milli stenddə ölkənin qastronomiya mədəniyyəti, tarixi və orijinal müxtəlif yeməkləri haqqında təqdimat təşkil edirdilər, dequstasiya və master-klasslar keçirirdilər. Milli Şərab Agentliyi ilə birlikdə Milli Şərab Teatrında şərab səhnəsində 8000 illik gürcü şərabının təqdimatı və dequstasiyası təşkil edildi. Tədbiri hər iki gün ərzində 15 000-dək insan ziyarət edirdi. Gürcü stendi o qədər yaxşı yerdə idi ki, mütləq ilk növbədə Gürcüstan stendi ilə qarşılaşır və heyran qalmadan tərk edə bilməzdin” – Maia Omiadze bildirib.

Milli Turizm Administrasiyasının rəhbəri, Böyük Britaniyanın Gürcüstan üçün strateji turizm ölkələrindən biri olduğunu və Britaniya bazarında “The National Geographic”lə əməkdaşlığın davam edəcəyini deyib.

“Uzun illərdir “National Geographic”lə birlikdə marketinq kampaniyalarımız var, lakin qastronomik istiqamətdə bu cür konsentrasiya edilmiş kampaniyanı bu il ilk dəfə sınadıq, bu, mütləq davam edəcək və fikrimizcə, olduqca uğurlu olacaq, çünki “The National Geographic” yüksək nüfuza malik platformadır. Biz Gürcüstanı xüsusi, fərqli və orijinal macəra yaşaya biləcəyin təyinat yeri kimi populyarlaşdırmağa çalışırıq” – Maia Omiadze qeyd edib.

“The National Geographic Traveler Food Festival”ında bütün dünyadan 50-dək təşkilat və şirkət, 60-dək aşpaz, məruzəçi və müəllif iştirak edirdi. Festivalın minlərlə qonağı var idi.

Məlumatı Milli Turizm Administrasiyası yayır.