Maia Çxaidze - Tədris prosesinin yenilənməsindən sonra respirativ viruslara yoluxma halları artacaq, hamını qripə qarşı peyvənd olmağa çağırıram
Tsitsişvili adına Uşaq Klinikasının tibbi direktoru Maia Çxaidze, hazırda pasiyentlərin klinikaya müraciətinin əsasən respirativ virus infeksiyası halları ilə bağlı olduğunu açıqlayıb.
O, həmçinin koronavirusa yoluxma hallarının da təsdiqləndiyini bildirib.
“Hazırda müraciətlər əsasən respirativ virus infeksiyaları ilə bağlıdır. Bu dövrdə ən çox A tipli qrip virusu yayılıb. Təcili yardım şöbəsinə 24 saat ərzində 40-a qədər pasiyent müraciət edir. Qrip virusundan başqa, bronxiolit diaqnozu ilə 0-2 yaşlı uşaqlarda xüsusilə ağır keçən Respirator Sinsitial Virus ortalama yayılıb. Belə pasiyentlər xəstəxanaya yerləşdirilməyə ehtiyac duyurlar. Eyni zamanda, təsdiqlənmiş kovidə yoluxma halları var, indi bizdə iki uşaq xəstəxanada yatır, onlar iki aylıq uşaqlardır. Adenovirus infeksiyaları ilə müraciət də olur və evdə qripin ağırlaşmalarından biri olan pnevmoniyadan əziyyət çəkmə halları çox yayılıb. Adətən qrip virusu ilə başlayır və sonra pnevmoniya inkişaf edir. Bu mərhələdə respirator infeksiyalar və pnevmoniya səbəbilə klinikamızda 45-ə qədər pasiyent var”- deyə Maia Çxaidze bildirib.
Maia Çxaidze, tədris prosesinin yenilənməsindən sonra halların sayının artacağını bildirib. Bu səbəbdən, o, hamını qripə qarşı peyvənd olmağa çağırır.
“Xəstəxana sektoru həqiqətən çox yüklənib, hər halda uşaq xətti ilə. Valideynlərdən xahiş edirdik ki, qripə qarşı peyvənd olunmayanlar hələ də gec deyil, çünki pik həddə çatmayıb. Tədris prosesi yeniləndikdən sonra, daha çox hallar və müraciət olacaq. Pik hədd, yoluxma hallarının artması yanvarın sonlarına doğru olacaq. Bu səbəbdən peyvənd olunmayanları qripə qarşı peyvənd olmağa çağırıram”- deyə Maia Çxaidze bildirib.