Maia Butsaşvili - Unutmamalıyıq ki, simptomsuz keçən xəstəliyin yeddinci, səkkizinci günündə pasientin vəziyyəti ağırlaşa bilər, ona görə də ehtiyyatlı olmalıyıq
Maia Butsaşvili - Unutmamalıyıq ki, simptomsuz keçən xəstəliyin yeddinci, səkkizinci günündə pasientin vəziyyəti ağırlaşa bilər, ona görə də ehtiyyatlı olmalıyıq

İnfeksionist Maia Butsaşvilinin bəyanatına görə, koronavirus infeksiyası zamanı xəstəliyin ağırlaşması baxımından pasientin yaşının və xronik xəstəliklərinin böyük önəmi var.

Ancaq infeksionistin dediyinə görə, simptomsuz keçən xəstəliyin yeddinci, səkkizinci günündə pasientin vəziyyəti ağırlaşa bilər, ona görə də hərkəs ehtiyyatlı olmalıdır.

“Ailə üzvləri arasında yaşı və xronik xəstəlikləri daha çox olan şəxslərdə sağlamlıq vəziyyətinin ağırlaşması riski daha çoxdur, ancaq eyni yaşda olan iki nəfərdə belə xəstəlik fərqli şəkildə inkişaf edə bilər.

Xəstəliyi simptomsuz keçən pasientlər virusun keçdiyini düşünüb, rahatlaşırlar, halbuki yeddinci, səkkizinci gün vəziyyətləri kəskin şəkildə ağırlaşa bilər və çox diqqətli olmalıdırlar”, – dedi Birinci Kanalın “Şəxsi həkim – COVİD-19 fövqəladə” verlişində qonaq olan infeksionist Maia Butsaşvili.