Mahmud Abbas - Bütün fələstinli liderlərlə birlikdə Qəzza sektoruna getməyə qərar verdim, növbəti təyinat yerimiz Yerusəlim olacaq
Mahmud Abbas - Bütün fələstinli liderlərlə birlikdə Qəzza sektoruna getməyə qərar verdim, növbəti təyinat yerimiz Yerusəlim olacaq

 
Fələstin Administrasiyasının lideri Mahmud Abbas Qəzza sektoruna səfər haqda açıqlayıb.

“Sizin və bütün dünyanın qarşısında bəyan edirəm ki, bütün fələstinli liderlərlə birlikdə Qəzza sektoruna getməyə qərar verdim” – Abbas Türkiyənin Parlamentində çıxışı zamanı deyib.

Bununla yanaşı, Abbas ərəb, islam və digər dost ölkələrin liderlərini, eləcə də BMT-nin baş katibini “İsrailin təcavüzünün dayandırılmasına” kömək etmək üçün planlaşdırılan səfərə qoşulmağa çağırıb.

“Növbəti təyinat yerimiz isə Yerusəlim, əbədi paytaxtımız olacaq” – Abbas qeyd edib.

Fələstin Administrasiyasının lideri Qəzza sektoru, Şərqi Yerusəlim və İordan çayının qərb sahilinin bir coğrafi vahid olduğunu xüsusilə qeyd edib.

“Qəzza olmadan Fələstin dövləti ola bilməz. Qəzza müharibəsinin sonrakı ssenarilərdən danışanlara deyirik ki, Qəzza, İordan çayının qərb sahili və Yerusəlim birlikdə Fələstin dövlətini yaradan vəhdətdir” – Abbas bildirib.

Xatırladaq ki, Qəzza sektorunun səhiyyə xidməti oktyabrın 7-dən sonra İsrailin hərbi əməliyyatının Qəzza sektorunda 40 000-dən çox insanın həyatını itirməsi ilə nəticələndiyi haqda məlumat verib.