“Magticom” istifadəçiləri saxtakarlıq barədə xəbərdarlıq edir.
Şirkətin açıqlamasında bildirilir ki, yalan məlumatlar yayılır istifadəçi telefon udub və mükafatı almaq üçün isə, sualları cavablandırmalıdır.
“Müəyyən veb-saytlara daxil olduğunuz zaman, təsadüfi olaraq “Apple iPhone 14” qazanmaq üçün şanslı istifadəçi seçildiyinizi bildirən bir mesaj ala bilərsiniz, prizi almaq üçün isə, suala cavab vermənizi tələb edirlər. Məlumat həqiqətə uyğun deyil.
“Magticom” sizi xəbərdar edir ki, bu, fırıldaqçılıq cəhdidir, uduş barəsində məlumat yalandır. Diqqətli olun və şəxsi məlumatlarınızı yad adamlarla paylaşmayın.
Nəzərə alın ki, “Magticom”-un oyunları və müsabiqələri haqqında məlumat həmişə rəsmi “Facebook” və saytımız vasitəsilə yayılır. Yoxlamadan üçüncü tərəf mənbələrinə etibar etməyin”, – şirkətin bəyanatında deyilir.