Beynəlxalq Qastronomiya Konqresinə bir neçə gün qalmış “Madrid Fusion”un “Facebook” səhifəsi Gürcüstanla bağlı növbəti yazı dərc edir.
“Gürcüstan “Madrid Fusion”un qonaq ölkəsidir. Bu, ənənə və yaradıcılığın vəhdətidir, Gürcüstan qonaqpərvərliyin əsas yemək olduğu ölkədir” – deyə yazıda bildirilir.
Gürcüstan 29-31 yanvar tarixlərində “Madrid Fusion 2024″də qonaq qismində çıxış edəcək.
Gürcüstanın Milli Turizm Administrasiyasının yaydığı məlumata görə, beynəlxalq konqresdə Gürcüstan Milli Turizm Administrasiyasının stendində qonaqlar və kulinariya sahəsinin nümayəndələri gürcü mətbəxi, şərabı və turizm məhsulları ilə tanış olmaq imkanı əldə edəcəklər.
Onların sözlərinə görə, qonaq statusu çərçivəsində Gürcüstanın Milli Turizm Administrasiyasına əlavə tematik səhnələr ayrılacaq, əsas səhnədə gürcü yeməklərinin ustad dərsləri və üç növ şərabın dequstasiyası keçiriləcək.
“Madrid Fusion”unda gürcü aşpazı Davit Narimanaşvili gürcü mətbəxini təmsil edəcək.