Madlen Olbrait - Poti limanının genişləndirilməsi layihəsi, ABŞ və Gürcüstanın birgə əməkdaşlıqla nail olacaqları böyük nəticənin göstərgəsidir
ABŞ-ın sabiq dövlət katibi və ALBRIGHT STONEBRIDGE GROUP-un rəhbəri Madlen Olbrait Poti limanının genişləndirilməsi layihəsinin başlanmasına yazılı bəyanatla səsləndi.
Bu barədə məlumatı İqtisadiyyat və Stabil İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.
Olbraitin bəyantında deyilir ki, Poti limanının genişləndirilməsi layihəsi, ABŞ və Gürcüstanın birgə əməkdaşlıqla nail olacaqları ən gözəl nəticələrin göstərgəsidir.
“Birləşmiş Ştatların iqtidarının bu layihəyi dəstəkləməsi və OPİC-in 50 milyon dollarlıq investisiyası məni xüsusi ilə sevindirir” – deyib Madlen Olbrait.
Onun dəyərləndirməsinə görə, Poti əhəmiyyətli ticarət mərkəzi olacaq və onun inkişafı bu şəhərin daha böyük gəlir əldə etməsi üçün şərait yaradacaq.