Lüksemburq Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil etdi, – bu barədə məlumat Gürcüstanın Xarici İşlər Nazirlyi verir.
XİN-in məlumatına görə, Lüksemburq hersoqluğunun müvafiq qərarı, Gürcüstanda insan hüquqlarınnı qorunması ilə bağlı vəziyyətinin göstəricilərinə əsasən verilib.
Lüksemburq hersoqluğunun bəyanatına görə, Gürcüstanda insan hüquqlarını qoruyan təşkilatlar maneəsiz çalışa bilirlər və insanlar üçün dini, etnik, rasa və digər mənsubiyyətlərinə görə, heç bir təhlükə yaranmır.
Qeyd edək ki, Lüksemburq, Belçika, Hollandiya, Fransa, Bolqaristan, Avstriya və İslandiyadan sonra, Avropa İttifaqı/Şengen zonasının yeddinci dövlətidir hansı ki, Gürcüstanı təhlükəsiz bir ölkə olaraq, dəyərləndirdi.