Lukas Beqlinqer - İsveçrə Səfirliyinin Rusiya bölməsi əməkdaşının qovulması İsveçrə mandatında əks olunmayacaq
Gürcüstanın qərarı ki, İsveçrə Səfirliyinin Rusiya bölməsi əməkdaşını qovsun, İsveçrə mandatında əks olunmayacaq, – bu barədə jurnalıistlərə İsveçrənin Gürcüstandakı səfiri, Lukas Beqlinqer bəyan etdi.
Səfirin qeyd etdiyinə görə, İsveçrə Səfirliyi, rus diplomatlarının qovulması barəsində Gürcüstan xarici idarəsinin notasını qəbul etdi və Rusiya tərəfinə çatdırdı. “Bu Gürcüstanın qərarıdır, ki nota şəklində qəbul etdik və Rus tərəfini məlumatlandırdıq. Qərar İsveçrə mandatında əks olunmayacaq”, – səfir qeyd etdi.
Gürcüstan, İsveçrə Səfirliyinin Rusiya maraqları bölməsinin əməkdaşını ölkədən qovur.
Gürcüstan Xarici İşlər Nazirliyi İsveçrə Səfirliyinin Rusiya maraqları bölməsinin əməkdaşına Gürcüstan ərazisini tərk etmək üçün bir həftəlik vaxt verir.
Gürcüstan xarici idarəsinin bəyanatına uyğun olaraq, qərar Sergey Skripalinin zəhərləndirilməsi faktına aiddir.
Almaniya, Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Fransa, Hollandiya, İtaliya, Danimarka rus diplomatlarını qovan Avropa İttifaqı ölkələridir.