Luk Kofi - İstəyirəm ki, gürcülər bilsinlər ki, NATO-ya təcili qayda ilə daxil olmaq, işğal altında olan ərazilərdən əl çəkmək demək deyil
Luk Kofi - İstəyirəm ki, gürcülər bilsinlər ki, NATO-ya təcili qayda ilə daxil olmaq, işğal altında olan ərazilərdən əl çəkmək demək deyil

“Gürcüstan təcili qayda ilə NATO-ya daxil olmalıdır, çünki bu Rusiyaya güclü mesaj verəcək ki, onun qeyri-leqal işğalı Gürcüstanın NATO-ya qoşulmasını əngəlləyə bilməyəcək, və NATO-ya təcili daxil olmaq, işğal altında olan ərazilərdən imtina etmək anlamına gəlmir” – bu barədə bəyanatı beynəlxalq siyasət üzrə mütəxəssis Luk Kofi, “Amerikanın səsi” ilə müsahibə zamanı verdi.

Keçən həftə, Hertage Foundation tərəfindən yayılan məqalədə, beynəlxalq siyasət üzrə mütəxəssis Luk Kofi yazırdı ki, Gürcüstanın NATO-ya daxil olması ilk öncə, ABŞ-ın marağındadır.

“Mənim tövsiyyəmdir ki, NATO öz 6-cı maddəsini dəyişsin. Düşünürəm ki, Gürcüstan tezləşdirilmiş qayda ilə NATO-ya daxil olmalıdır. İstəyirəm ki, gürcülər bilsinlər ki, NATO-ya təcili qayda ilə daxil olmaq, işğal altında olan ərazilərdən əl çəkmək demək deyil” – dedi Luk Kofi.

Onun dediyinə görə, Gürcüstan iqtidarı söz verdi ki, ərazilərinin qaytarılması üçün hərbi qüvvələrdən istifadə etməyəcək.