Luk Kofi - ABŞ Gürcüstana hökümətin "Daha yaxşı gələcəyə doğru addım" adlı sülh təşəbbüsünü həyata keçirməyə yardım edəcək
ABŞ öz partnyorlarını daha fəal prosesdə əmin edə bilər ki, Rusiya əsgərinin Gürcüstan ərazisində olması işğaldır, – bu barədə bəyanatı ABŞ-ın xarici siyasət üzrə mütəxəssisi, “Heritac Fondu”-nun tədqiqatçısı Luk Kofi verdi.
Onun dəyərləndirməsinə görə, Gürcüstanın baş naziri ranqında Mamuka Baxtadzenin ABŞ-a səfəri doğru zamanda həyata keçirilir və əsas olan odur ki, Amerikalı və gürcü liderləri Vaşinqtonda iki tərəfli münasibətlərin təsdiqlənməsi üçün yığılırlar.
“Tramp administrasiyası Gürcüstana özünü müdafiyə sahəsində böyük yardım edir və ona bugün də sadiq qalır. Düşünürəm ki, ABŞ iqtidarı gələcəkdə də bu istiqamətdə səylərini davam etdirməlidir. Amerika Birləşmiş Ştatları Gürcüstan iqtidarı tərəfindən başlayan “Daha yaxşı gələcəyə doğru addım” adlı sülh təşəbüsünü həyata keçirməyə yardım edə bilər” – dedi Luk Kofi.