"Lufthansa"nın Buenos-Ayresdən Frankfurt istiqamətindəki reysində baş verən güclü turbulentliyə görə 11 nəfər xəsarət alıb
"Lufthansa"nın Buenos-Ayresdən Frankfurt istiqamətindəki reysində baş verən güclü turbulentliyə görə 11 nəfər xəsarət alıb

Lufthansa aviaşirkətinin Buenos-Ayresdən Frankfurt istiqamətindəki reysində güclü turbulentliyə görə 11 nəfər xəsarət alıb.

Məlumatı “Reuters” yayır.

“Təəssüf ki, beş sərnişin və altı ekipaj üzvü xəsarət alıb”, – “Lufthansa” aviaşirkətinin sözçüsü bildirib.

Aviaşirkətdən verilən məlumata görə, təyyarə təhlükəsiz şəkildə təyinat yerinə endikdən dərhal sonra xəsarət alanlara tibbi yardım göstərilib. Təyyarədə 329 sərnişin və 19 ekipaj üzvü olub.