Lufthansa aviaşirkəti gələn ilə qədər Tehran və Beyruta uçuşları dayandırıb

12:45, 23.10.2024

Yaxın Şərqdə münaqişənin gərginləşməsi təhlükəsi fonunda Lufthansa aviaşirkəti gələn ilə qədər Tehran və Beyruta uçuşları dayandırıb.

Aviaşirkətin məlumatına görə, Lufthansa-nın Tehrana uçuşları 31 yanvar 2025-ci il tarixinədək, Beyruta isə 28 fevral 2025-ci il tarixinədək dayandırılıb.

Lufthansa Qrupuna Lufthansa, Austrian Airlines, Brussels Airlines, Eurowings və Swiss Airlines daxildir.

Ayrı bir açıqlamada “İsveçrə” aviaşirkəti Beyruta uçuşun 18 yanvar 2025-ci ilə qədər dayandırıldığını elan edir.

Oxşar