Loyd Ostin – ABŞ Gürcüstanı strateji tərəfdaş kimi yüksək qiymətləndirir

14:25, 18.10.2021

ABŞ müdafiə naziri Lloyd Ostin Twitter -də yazır ki, ABŞ Gürcüstanı strateji tərəfdaş kimi yüksək qiymətləndirir və Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstəkləri dayanıqlıdır.

Lloyd Ostin səmimi qəbula görə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeyə təşəkkür edir.

“Müdafiə katibi olaraq Gürcüstana ilk səfərimdə belə bir səmimi qəbula görə nazir Burçuladzeyə təşəkkür edirəm. ABŞ Gürcüstanı strateji tərəfdaş kimi yüksək qiymətləndirir və Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz dayanıqlıdır”, – Lloyd Ostin yazıb.

Oxşar