Los-Ancelesdə polis 12 yaşlı qızı yaxaladı
Los-Ancelesdə polis 12 yaşlı qızı yaxaladı

Los-Anceles şəhərinin Salvador B.Kastro adına orta məktəbində iki yeniyetmə silahla vurulub. Rəsmilərin verdiyi məlumata görə, atəş açan 12 yaşlı qız hadisə ilə bağlı şübhəli qismində saxlanılıb.

Yaralananlardan biri 15 yaşında gənc baş nahiyəsindən ciddi xəsarət alıb. Digər yeniyetmə, 15 yaşında qız biləkdən yüngül yaralanıb.

Polisin verdiyi açıqlamaya görə, cinayətin dəqiq səbəbləri hələ məlum deyil.

Bildirilir ki, başından yaralanan 15 yaşlı yeniyetmə kritik vəziyyətdədir. Onun həmyaşıdı isə əlindən yaralanıb.

Bundan başqa bir neçə nəfər şüşə qırıqlarına görə, kiçik zədələr alıblar.