LONELY PLANET 2018-ci ilin ən yaxşı turist istiqamətləri arasında Gürcüstanı da adlandırdı
Beynəlxalq səyahət medya platforması Lonely Planet, 2018-ci ilin ən yaxşı istiqamətlərinin siyahısını yaydı.
10 ən yaxşı ölkələr arasında Gürcüstan yeddinci yeri alır.
İlk beşlikdə Çile, Cənubi Koreya, Cibuti, Portuqaliya, Yeni Zelandiya və Malta yer alırlar.
“Cənubi Qafqaz kəsiyində yerləşən Gürcüstanda tarix keçmişdə qalmır, o ölkənin qoyduğu hər yeni addımında özünü üzə vurur.
Bu qədim reseptlərin ölkəsidir, harda ki, tamadalar yeni qəhramanların sağlığına içirlər.
Bu qürurlu millət öz şərab ənənəsi ilə o qədər fəxr edir ki, hava limanının əməkdaşları tez-tez yolçulara şərab təklif edirlər.
100 il bundan əvvəl Rusiyada baş verən inqilabdan sonra, Gürcüstan öz müstəqilliyini elan etdi.
“Sadəcə bu səbəb görə, 2018-ci ildə Gürcüstanın sağlığına içməyə dəyər” – deyilir LONELY PLANET-in məqaləsində.