Londonun şərq hissəsindəki yaşayış komplekslərindən birində güclü yanğın var

13:15, 26.08.2024

Londonun şərqində yerləşən yaşayış komplekslərinin birində güclü yanğın var.

Hadisə yerinə 225 yanğınsöndürən və 40 briqada səfərbər olunub.

Medianın məlumatına əsasən, yanğın nəticəsində 4 nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Xarici medianın yazdığı kimi, hazırda yanğının baş vermə səbəbi məlum deyil, hərçənd, binada olan insanlar tüstünü tez zamanda görüblər və 100-dən çox insan ərazidən təxliyə edilib. Onlar müvəqqəti olaraq təşkil olunmuş sığınacağa köçürülüblər.

Oxşar