Londonda minlərlə Fələstin tərəfdarı Qəzzada atəşkəs tələbi ilə etiraz aksiyası keçirib
Londonda minlərlə Fələstin tərəfdarı Qəzzada atəşkəs tələbi ilə etiraz aksiyası keçirib

Fələstinlilərin minlərlə tərəfdarı Qəzzada atəşkəs tələbi ilə Londonda mitinq keçirib.

Polisin məlumatına görə, nümayişdə 300 min insan iştirak edib.

Aksiya ilə eyni vaxtda ultrasağçı nümayişçilər də Britaniyanın paytaxtında nümayiş keçirərək polislə üz-üzə gəliblər. Qarşı tərəfin etirazçıları Fələstin tərəfdarı aksiyanın yaxınlığında polis xəttini yarmağa cəhd etdikdən sonra vəziyyət gərginləşib. Daha sonra London polisi sülhü təmin etmək üçün aksiyanın 82 iştirakçısını həbs etdiyini açıqlayıb.