Londonda COVİD-19 requlyasiyalarına qarşı keçirilən etiraz askiyasında həbs edilənlərin sayı 60-a qədər artdı
Londonda COVİD-19 requlyasiyalarına qarşı keçirilən etiraz askiyasında həbs edilənlərin sayı 60-a qədər artdı.
Bu haqda məlumatı “The Guardian” yayır.
Yerli polis bəyan edir ki, həbs edilənlərin sayının yenə artması ehtimal olunur.
Aksiyayı dağıtmağa çalışan polisə demonstrantlar şüşə qabları atdılar.
Buna görə polis üç nəfəri həbs etdi.
Yerli polisin məlumatına görə, etiraz aksiyaları qeyri-qanunidir, çünki Londonda pandemiyaya görə, geniş miqyaslı yığıncaqlar qadağan edilib.