London Skripal məsələsinin istintaq prosesinə Rusiyanın qoşulmasını rədd etdi
London Skripal məsələsinin istintaqına Rusiyanın qoşulmasını rədd etdi.
Bu barədə məlumat kimyəvi silahın qadağan edilməsi məsələsi üzrə işləyən təşkilatda (OPCW), Britaniya nümayəndə heyyəti tərəfindən yayılan bəyanatda deylir.
Londonda hesab edirlər ki, Rusiyanın sabiq kəşfiyyat polkovnikinin zəhərlənməsi məsələsinin istintaqını Rusiya ilə birlikdə həyata keçiriləcəyi barədə yayılan məlumat “iyrənc bir dezinformasiyadır”.
“Rusiya nümayəndə heyyətinin Skripal məsələsinin istintaqına qoşulması haqqında təklif sadəcə olaraq, diversiya taktikasıdır, hansının məqsədi, bu şəkildə suallara cavab verməkdən baş qaçırdmaqdır” – deyilir Britaniya nümayəndə heyyətinin bəyanatında.
Bugün Haaqada kimyəvi silahın qadağan edilməsi məsələsi üzrə işləyən təşkilatın (OPCW) təcili iclası keçirilir, hansını ki, Moskva dəvət edib.
İclasda Sergey Skripal və onun qızının zəhərlənməsi məsələsi müzakirə olunacaq.